1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Azərbaycan

Viza

Ölkəyə gəlmə qaydaları

Əksər MDB ölkələrinin  vətəndaşları üçün Azərbaycana gələrkən viza almağa ehtiyyac yoxdur.

Digər ölkə vətəndaşları xaricdəki Azərbaycan səfirliklərində və ya Bakıda Heydər Əliyev adına beynəlxalq hava limanında özəl şəxslərdən və ya turist agentliklərindən aldığı dəvət əsasında viza əldə etməlidirlər.

Adi giriş-çıxış vizası üçün etibarlılıq müddəti 3 gündən 3 aya qədər müəyyən edilmişdir. Çoxdəfəli giriş-çıxış vizası üçün isə bu müddət 1 ilə qədərdir. Əgər viza bu müddət ərzində istifadə olunmazsa o, etibarsız hesab edilir.

Qayıdış vizası 1 aya qədər olan müddətdə qayıdacaqları təqdirdə Azərbaycan Respublikasını tərk edən, şəxsi pasportu olan əcnəbilərin müraciəti ilə verilə bilər. Bu viza Azərbaycan Respublikasından çıxma tarixindən keçən altı ay ərzində istifadə edilməzsə, öz etibarlılığını itirir.

Azərbaycanda qalmaq üçün viza müddətini uzatmaq istəyən əcnəbilər vizalarında göstərilən müddətin bitdiyi vaxt bitməmiş bunun üçün müraciət  etməlidirlər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

- Doldurulmuş viza üçün ərizə anket formasının bir nüsxəsi (ərizə anket formasının surəti də ola bilər);

- Pasport;

- Ərizə anket formasında pasport üçün nəzərdə tutulmuş ölçüdə şəkil;

- Rüsum ödənişi ilə bağlı qəbz;

- Qəbul edən tərəfin dəvət məktubu.

Azərbaycan Respublikasına gəlmək üçün viza olmadığı halda, təyyarə ilə gəlmiş əcnəbilər H.Əliyev adına Beynəlxalq Hava Limanında qısa müddət ərzində adi giriş vizası ala bilərlər.

Rüsum ödənişindən əlavə aşağıdakı sənədlər də tələb olunur:

Doldurulmuş viza ərizə anket formasının bir nüsxəsi (ərizə anket formasının surəti də ola bilər);

Pasport üçün nəzərdə tutulmuş şəkil və ya pasportun surəti.

Copyright © POLAR EAST 2012 All Rights Reserved