1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Azərbaycan

Təbiət

Flora və fauna

Azərbaycan Cənubi Qafqazın şərqində, Xəzər dənizinin qərb sahilində yerləşir. Şimal sərhədi Rusiya (Dağıstan) və Xəzər sahilindən Böyük Qafqaz silsiləsinədək uzanır; şimal-qərbdən mürəkkəb dağ konfiqurasiyası boyu Gürcüstanla sərhəddir; cənubda İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası və Araz çayı boyu, həmçinin Xəzərin rütubətli subtropik iqlimli cənub-qərb sahili boyu ,cənub-qərbdə Türkiyə ilə, qərbdə Ermənistanla sərhəddir.

Ölkə ərazisini Xəzər dənizinə doğru əyilmiş nəhəng nimçəyə bənzətmək olar. Bunun nəticəsidir ki,  Azərbaycanın bütün çayları Xəzərə axır. Çayların bəziləri ölkənin ən böyük çayı olan Kürə, bir qismi isə  isə onun ən böyük qolu olan Araza tökülür. Azərbaycanda 250-dən çox göl var. Meşəli dağlarla əhatələnmiş gözəllik incisi Göygöl Kəpəz dağının ətəyində, dəniz səviyyəsindən 1.556 m hündürdə yerləşir. Dünyada ən böyük göl olan Xəzər dənizi (su səthi 378400 kv. km.-dir) mənşəyinə görə unikaldır və zəngin biolojı müxtəlifliyə malikdir. Burada  dəniz faunasının 1.332 növü mövcuddur. Nərə balığı, somğa, Dunay gümüşçəsi, çapaq, siyənək və s. balıqlar daxil olmaqla, Xəzərdə 111 növ balıq var. Dənizin Azərbaycana məxsus sahillərində dövlət tərəfindən mühafizə olunan Xəzərin yeganə məməliləri – çoxlu suitilər yaşayır. Onların sayını artırmaq üçün Abşeron Milli Parkı yaradılmışdır.
Azərbaycanın zəngin filiz yataqları və karbohidrogen ehtiyatları var. Ən böyük neft və qaz yataqları Abşerondadır. Geniş yayılmış naftalan karbonundan müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Kəlbəcər rayonundakı İstisu mineral suyu bir sıra parametrlərinə görə məşhur Karlovi Varı sularından üstündür. Naxçıvanın Badamlı, Sirab, Vayxır mineral suları ölkə hüdudlarından kənarda da böyük şöhrət qazanmışdır.

Məhv olmaq təhlükəsi qalan unikal bitki və heyvan növlərini qorumaq üçün 12 qoruq, 17 yasaqlıq və 6 milli park yaradılmışdır. Məsələn , Qızılağac Dövlət Qoruğu Xəzər sahili boyu uzanan Muğan çölünün bir hissəsini əhatə edir. Buraya qışlamağa qələn yüzlərlə növə misal olaraq qızılqaz, durna, ördək, qaz, qu quşu, qarabatdaq, qaşqaldaq, vağ və s. adını çəkmək olar. Şirvan Milli parkında İran ahusu var. Zaqatala qoruğu isə maral, dağkeçisi, muflon, cüyür, ayı kimi heyvan növlərini və müxtəlif quşları mühafizə edir. Bir çox növlər Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.

Çaylar

Araz çayı Türkiyə ərazisində Bingöl silsiləsindən (2990 m) başlayır. Sabirabad şəhəri yaxınlığında (Suqovuşan kəndində) Kürlə qovuşur. Onun uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 kv.km-dir.
1970-ci ildə Araz çayı üzərində tikilmiş Araz su qovşağından həm Naxçıvan MR-na, həm də İran İslam Respublikasına elektrik enerjisi verilir. Mil, Muğan düzlərinin, Arazboyu düzənliklərin bol bərəkətli çöllərə çevrilməsində Araz çayı xüsusi əhəmiyyətə malikdir.
Araz çayı yerləşdiyi fiziki-coğrafi mövqeyə görə Türkiyə və İran ərazisində çirklənmir. Qonşu dövlətlərlə sərhəd xətti rolunu oynadığından Araz çayı kifayət qədər tədqiq olunmamışdır.

Samur Azərbaycanın şimal-şərqində ən böyük çaydır. Bu çay Dağıstan ərazisində 3600 m mütləq hündürlükdən başlayır və Xəzər dənizinə tökülür. Uzunluğu 216 km, hövzəsinin sahəsi 4,4 min km2-dir. Samur çayı dağların arası ilə sıldırımlı, dik yamaclı, dərin dərələrlə axır. Çayın qidalanmasında yeraltı və buzlaq suları xüsusi əhəmiyyət kəsb edir. Samur çayı üzərində su qovşağı tikilmişdir. Samur-Abşeron kanalı bu qovşaqdan başlayır.

Copyright © POLAR EAST 2012 All Rights Reserved