1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Azərbaycan

Ümumi məlumat

                                                                           Qədim “Odlar yurdu” Azərbaycan.

“Azərbaycan” sözünün etimologiyası çox qədimdir. Ən erkən yazılı mənbə 6-cı  əsrə aid Suriya əlyazması, Karki Debed Seloxun xronikasıdır. Bu xronikada Azərbaycanla bağlı daha erkən mənbəyə - e.ə. 8-ci əsr mənbəsinə istinad edilir.

Xronikada deyilir: “.... Arbak möhkəmləndirilmiş divar inşa etdi və bu divarı Midiya imperiyasından olan Abudad onun şərəfinə Adorbayqan adlandırdı”. “Ador Bad Aqan” – “od Allahının qoruduğu yer” deməkdir. Sözün sonrakı transformasiyası məlumdur.

Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik bölgədir. Hazırda Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km- dir, lakin burada 11 əsas iqlim qurşağından 8-nə rast gəlinir. Məsələn, isti və quraqlıq olan Abşeronda iqlim əsrlər boyu salınan park və bağlar hesabına yaxşılaşır, halbuki buranın  təbii landşaftı yalnız yazda otla örtülən yarımsəhra tiplidir. Respublikanın digər bölgələrində çoxlu bulaqlar var. Dupduru yeraltı su xüsusi kəhrizlər sistemi vasitəsilə üzə çıxır. Alp zonalarında və relikt ağac növlü meşələrdə hətta yayda belə yağışlar yağır. Azərbaycanda geniş çöllər və yüksək sıra dağlar da var. Onların zirvəsi alpinistləri, turistləri, bir sözlə bütün təbiət vurğunlarını cəlb edir.

Azərbaycanda çoxlu müalicəvi, mineral və termik bulaqlar, palçıq və neft var. Bunlar Quba, Şamaxı–İsmayıllı, Masallı–Lənkəran, Balakən–Zaqatala, Şəki–Qəbələ, Naxçıvan, Gəncəbasar bölgələrində geniş yayılmışdır. Azərbaycanda 12 qoruq , 17 yasaqlıq və 6 milli park mövcuddur. Bunlar respublika ərazisinin 2,4 % -ni təşkil edir və Azərbaycanın bütün əsas iqlim qurşaqlarına aiddir. Bu gün mühafizə olunan təbii zonaların genişləndirilib 10%-ə çatdırılması istiqamətində böyük işlər görülür.

6 milli park (Şirvan, Hirkan, Altıağac, Abşeron, Ordubad və Ağgöl), 12 təbii qoruq və 2000-dən artıq ağac (yaşı 100-dən 400 ilədək) “Azərbaycanın təbiət abidələri” dövlət siyahısına daxil edilmişdir (2004). Bu sənəd həmçinin 37 geoloji və paleontoloji obyekti, sahəsi 15 000 ha-dan çox endemik və relikt bitkili meşələri əhatə edir. Relikt flora siyahısına çinar (yaşı 100 – 500 il), dzelkua ağacı (yaşı 250 -400 il), püstə ağacı (yaşı 250-400 il), karkas ağacı (yaşı 300-600 il) , həmişəyaşıl şümşad (yaşı 200- 300 il), qara qoz ağacı (yaşı 200-300 il) daxildir.

Paleontoloji təbiət abidələrinə Azıx mağarası (burada Paleolit dövrünə aid ibtidai insan düşərgəsi aşkar edilmişdir) kimi 6 mağara daxildir. Binəqədi asfalt gölü (təqribən 260 növ relikt flora və fauna qalıqlarından ibarət çox zəngin düşərgə), həmçinin Təngə mərmər dərəsi, Vəlvələ çay üstündəki Afurca şəlaləsi, palçıq vulkanları və s. kimi unikal geoloji əmələgəlmələr mövcuddur.

Copyright © POLAR EAST 2012 All Rights Reserved