1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Çexiya

Çex Respublikası, Çexiya  — Şərqi Avropada dövlət. 1 may 2004-cü ildən Avropa İttifaqının üzvüdür, Şengen zonasına daxildir.

 

Ölkə tarixən 2 vilayətdən - Bohemiya və Moraviyadan ibarətdir. Sileziya torpaqlarının da bir hissəsi Çexiyanın ərazisinə düşür. Çex Respublikasının əhalisinin sayı 2010-cu ilin martın 31-nə olan məlumata əsasən 10 509 377 nəfərdir. Ölkənin paytaxtı Praqa şəhəridir. Praqa - 1 212 097 nəfər və Brno - 719 555 nəfər əhali ilə Çexiya Respublikasının ən böyük şəhərləridir.

 

Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000-1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.

 

Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar - çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.

 

Çex Respublikası əhalisinin %94.2 si Çexlərdən ibarətdir. Kiçik azlıqlar olaraq Slovak (%1.9) və Almanlar(%0.4) vardır. Ayrıca ölkədə Polşalılarda yaşayır. Əhalisinin böyük əksəriyyəti şəhərlərdə yaşayır. Əhalinin ən sıx olduğu yerlər paytaxt Praqa ilə Pilsen, Brno və Ostravadır.

 

Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərdə pivə nəsilləri birləşdirən dəyər kimi qiymətləndirilir. Pivənin məşhur Budvar növü bir çox vitaminlərlə zəngindir. Bu pivənin suyu 300 metr dərinliyi olan artezian quyusundan çıxardılır. Çex pivəsinin dadından həzz almaq istəyirsiniszə xüsusi barlara gedin.

 

Xanımlar üçün ən sevimli və dəyərli hədiyyə kimi tanınan çex suvenirləri dünyada məşhurdur. "Mozer" firmasının suvenir - büllur qabları adından söz etdirməyi bacarır. Çexiyada məşhur olan daha bir aksessuar - duzlara hopdurulan güldür. Belə gül uzunmüddətli qalır.


Copyright © POLAR EAST 2012 All Rights Reserved