1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Tunis

Misir rəsmi adı Misir Ərəb Respublikası — Afrikanın şimal-şərqində və Sinay yarımadasında yerləşən ölkə. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerləşir.

 

Misir, üç qitəni – Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi mərkəz, ən qədim dünya sivilizasiyası ölkələrindən biridir. Ölkə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşir. Şərqdən İsrail, cənubdan Sudan, qərbdən Liviya dövlətləri ilə həmsərhəddir. Şimaldan Aralıq dənizi, şərqdən – Qırmızı dəniz əhatə edir. Ölkənin sahəsi 1.001.450 km²-dir

 

Misirin əhalisi 2006 – cı ildə aparılmış rəsmi siyahıya almanın yekunlarına əsasən 72.579.030 nəfərdir . Əhalisinin 67.3% – ni Misir ərəbləri , 2%-ni müsəlman qaraçılar təşkil edir

 

Aralıq dənizi boyunca ensiz sahil xəttinin iqlimi – subtropik, qalan ərazidə tropik səhra iqlimidir. Burada hava son dərəcə qurudur, ilboyu azbuludlu olur, çox az-az yağış yağır. Misir üçün temperaturun kəskin dəyişməsi xarakterikdir. Asuanda noyabrda hava gündüz 41 °C-dək qıza, gecə isə 3 °C-dək soyuya bilər. Yanvarda orta temperatur şimaldan cənuba 14 °C-dən 17 °C-dək, iyulda 26 °C-dən 33 °C-dək dəyişir.

 

1953-cü ildən yarıprezident respublikasıdır. 1967-ci ildən fövqəladə vəziyyət qanunu ilə idarə olunur.

 

Pul vahidi – Misir funtudur. Funt 100 piastra bölünür. Yerli pulun aşağıdakı dəyərləri var: 100, 20, 10, 5, 1 Misir funtu banknotları; 50, 25 piastr banknotları; 20, 10, 5 xırda pulları. Valyutanın dəyişdirilməsi yerli bankların vasitəsilə həyata keçirilir. Kredit kartları iri mehmanxanaların çoxunda qəbul edilir. Bir Amerika dolları təqribən 3,5 Misir funtuna dəyişilir.


Copyright © POLAR EAST 2012 All Rights Reserved