1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Şim. Kipr

Şimali Kipr Türk Respublikası  və ya Şimali Kipr . 1975-ci ildən 1983-cü ilədək Şimali Kipr Türk Federativ Dövləti adını daşımışdır.

 

1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumu. 1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.

 

Adanın üçdə bir hissəsinə nəzarət edir. Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTR-i rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTR ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Şimali Kipr Türk Respublikası İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.

 

Əvvəllər Pakistan və Banqladeş ŞKTR-i müstəqil dövlət kimi tanımış, sonradan bundan imtina etmişlər.

 

Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanlarımaronitlər də vardır.

 

ŞKTR-in paytaxtı rəsmən Kipr Respublikası kimi Nikosiya hesab edilir. Ancaq faktiki paytaxtı Lefkoşadır (türk. Lefkoşa, yunan. Λευκωσία). Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – "Yaşıl xətt" ing. Green Line vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.


Copyright © POLAR EAST 2012 All Rights Reserved