1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Türkiyə

Türkiyə , rəsmi adı Türkiyə Respublikası . Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, Asiya və Afrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Türkiyə altı müstəqil Türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili Türk dilidir, lakin əhalinin 15,7%-ni (ehtimal) təşkil edən Kürdlər və Zazalar, Kürd dili və Zaza dilini də geniş işlədirlər.

 

Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Burada Osmanlı dövlətinin qurulmasından əvvəl Bizans İmperiyası mövcud olmuşdur. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan Osmanlı dövləti quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.

 

XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəiləməkdə olan İmperiya Birinci Dünya Müharibəsini uğursuzluqla başa vurdu.

 

Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlının bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.

 

Türkiyə Statistika Qrumunun 31 dekabr 2010-cu il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 73,722,988 nəfərdir.Konda : Araştırma ve Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72,975 milyon nəfər əhalisinin 76%-ni Anadolu türkləri , 15,7%-ni Kürdlər və Zazalar, 2,8%-ni digər türk xalqlarının nümayəndələri , 0,7%-ni ərəblər , 4,7%-ni isə digər etnik qruplar təşkil edir .

 


Copyright © POLAR EAST 2012 All Rights Reserved