1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
İordaniya

İordaniya, rəsmi adı: İordaniya Həşimi Krallığı — Şimalda Suriya, şimal şərqdən İraq, cənubdan Səudiyyə Ərəbistanı, qərbdən İsrail və Fələstinlə həmsərhəddir. İordaniya İsrail və Fələstin Muxtariyyəti ilə Ölü dənizdə, Aqaba körfəzində isə İsraillə, Səudiyyə Ərəbistanı və Misirlə qonşu dövlətlərdir

 

İordaniyanin əksər hissəsi səhradır. Ancaq, İordaniya çayının keçdiyi şimal qərbi hissəi, Münbit Hilal (Fertile Crescent) adlanan bölgənin bir hissəsidir. Paytax Əmman şimal qərbdə yerləşir.

 

İordaniyada islam dövlət dinidir. Əhalinin 95 faizini müsəlmanlar təşkil edir. Müsəlmanların 90 faizi sünnülüyün şafii məzhəbinə aiddir. Az sayda şiə-imamlara və druzlara rast gəlmək olar (birlikdə 5 %). Xristianlar əhalinin 5 faizini təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. Xristianların 2/5 hissəsi pravoslavlar, 1/3 hissəsi roma katolikləridir. Həmçinin yunan-katoliklər, yaxud melkitlər, erməni-qriqoryan, yakobit və az sayda protestantlar (anqlikan, lüteran, baptistlər və s.) da vardır.


Copyright © POLAR EAST 2012 All Rights Reserved