1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Norveç

Norveç Krallığı, NorveçŞimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — "şimala yol" deməkdir.

 

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal Atlantik Okeanı boyu uzanan fyordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

 

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyilir. Norveçin Antraktidadakı "Şahzadə Mod Torpaqları"na da ərazi iddiları vardır. Həmin adada Norveçin "Troll" tədqiqat stansiyası yerləşir.

 

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur.Rəy sorğularına görə ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilmişdir.

 

İl ərzində Norveç əhalisinin təxminən yarısı səyahətdə olur. Norveçin beynəlxalq turizm əlaqələri fəal inkişaf edir.1999-cu ildə 1mln.-dan artıq Norveç vətəndaşı xarci səfərlərdə işitrak etmişdir. Onlar səfər etdikləri ölkələrdə 4.7 mlrd. ABŞ dolları həc-mində pul xərcləmişlər. Həmin ildə Norveçə 4.5 mln.-a yaxın əcnəbi turist gəmişdir. Norveçdə xarici turizmin mövsümülüyü özünü açıq şəkildə biruzə verir. Turistlərin yarıdan çoxu ölkəyə iyul, iyun və avqust aylarında gəlirlər. 1999-cu ildə ölkə turizm fəaliyyətindən təqribən 2.3 mlrd. ABŞ dolları həcmində gəlir əldə etmişdir. Baxma-yaraq ki, Norveçdə turistlərin gecələməsi üçün 190 min yer möv-cuddur. Son vaxtlar ölkə tərəfindən turizm regionlarına dair güclü reklam kompaniyası həyata keçirilir. Turistlər tərfindən səyahətlər üçün seçilən region Norveç fyordları-dır. Gələn turistlərin 76%-i bura öz tutur. Bundan əlavə ölkədə safari turizmi, xüsusən balıqçılıq geniş yayılıb. Norveç dağlar fyordlar və buzlaqlardan meydana gəlmiş, əl dəyilməmiş gözəlliyə sahib bir ölkədir. Norveçdə turistlərin avtomobillə qatarla etdikləri səyahətlərdə qar-şılaşdıqları təbii mənzərələr onları valeh edir.

 

Ölkənin cənubunda əkinçilik sahələri, möhtəşəm meşələr və çimərliklər geniş yer tutur. Norveçdə turistlər Svalbad adalarıda fok, morj, və qütb ayılarının buzlar üzərin-dəki günəş duşuna şahid ola bilərlər.

 

Norveçin qayalı sahilləri, mənzərəli fyordları, Şimalın toxunulmamış təbiəti, ta-rixi-memarlıq abidələri əcnəbi turistləri cəlb edir. Norveçdə turistlərin toplaşdıqları əsas mərkəzlər – Oslo və ətrafı, Myosa göllər zonası, Bergen və ölkənin cənub-qərb sahilləri, Tronheym və Norveç dəniz sahilləri, fyordlar və ölkənin şimal bölgələridir.


Copyright © POLAR EAST 2012 All Rights Reserved