1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Almaniya

Almaniya, rəsmi adı – Almaniya Federativ Respublikası  – Almaniya Federativ Respublikası Qərbi Avropada yerləşən dövlətdir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.

 

Almaniya 16 federal əyalətdən (Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci Dünya müharibəsindən sonra iki hissəyə bölünən ölkə 1990-cu ildə yenidən birləşdi. Avropa Birliyinin yaradıcılarından biri olan Almaniya 81 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur.

 

BMT (1973), NATO (1955), G8G4 təşkilatlarının üzvü olan Almaniya dünyanın öncül dövlətlərindən biridir. Ölkə ÜDM həcminə görə dünyanın üçüncü böyük iqtisadiyyatına malik olmaqla yanaşı əmtəə ixracatına görə birinci, idxalatına görə isə ikinci yeri tutur. 2007-ci ildə həm Avropa Birliyinin Nazirlər Şurası, həm də G8-in növbəli rəhbərliyi funksiyalarını həyata keçirib.

 

2010-cu il məlumatlaarına görə Almaniyada 81.8 milyon əhali məskunlaşıb. Əhalisinin sayına görə Almaniya Avropada 2-ci, dünyada isə 15-ci yeri tutur. Əhalisinin sıxlığı hər kvadrat kilometr üçün 230 nəfərdir ki, bu yüksək göstərici hesab olunur. Orta həyat davamlılığı 80 ildir, bu göstəriciyə görə Almaniya dünyada qabaqcıl yerlərdən birini tutur. Lakin buna baxmayaraq ölkədə ölüm səviyyəsi doğumdan daha yüksəkdir ki, bu da Almaniya əhalisinin azalmasına səbəb olmaqdadır. Ölkədə 15 yaşından yuxarı insanların 99 faizi yazıb oxumağı bacarır. Lakin yeni böyüyən nəsildə savadlılıq səviyyəsinin xeyli aşağı olması Almaniya rəhbərliyini narahat edən problemlərdəndir. Bundan başqa Almaniya miqrantların sayına görə də dünyada öncül yerlərdən birini tutur. Hal-hazırda Almaniyada 10 milyon nəfər Almaniyadan kənarda doğulmuş şəxs yaşayır. Bunların böyük hissəsi keçmir SSRİdə yaşayan etnik almanlar, həmçinin Almaniyaya işləməyə gələn türklər və polyaklardır. Hesablamalara görə Almaniyada doğulan və yaşı 5-dən az olan uşaqların 30 faizinin bir və ya hər iki valideyni qeyri-almandır. Əhalinin 91,5%-ni almanlar, 2,4%-ni türklər, 0,7%-ni italyanlar, 0,4%-ni yunanlar, 0,4%-ni polyaklar təşkil edir. Bundan başqa Almaniyadan kənarda çoxlu sayda etnik alman yaşayır.


Copyright © POLAR EAST 2012 All Rights Reserved