1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Fransa

Fransa Respublikası, yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorra və İspaniya ilə qonşu olan Qərbi Avropada ölkə.

 

Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Türkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir.

 

Fransa həm coğrafi, həm də təbii şəraitinin müxtəlifliyinə görə fərqlənir. Fransanın geniş dəniz sərhədləri və Avropanın ən iri nəqliyyat magistralı Reyn çayının onun ərazisində axması, ölkənin iqtisadi əlaqələrinin inkişafında olduqca əlverişli şərait yaratmışdır. Faydalı qazıntılarla, xüsusilə yanacaq resursları ilə kasad olmasına baxmayaraq (uran istisna olmaqla), Fransa zəngin hidroenerji sərvətlərinə (AlpPrineydə), məhsuldar torpaqlara, mülayim və subtropik iqlimə malikdir.

 

Keçmiş müstəmləkə imperiyası olmuş, bir vaxtlar iqtisadi gücünə görə dünyada Böyük Britaniyadan sonra II yeri tutan Fransa indi bir sıra göstəricilərinə görə, xüsusilə sənaye istehsalının ümumi həcminə görə, ABŞ, Yaponiya və Almaniyadan xeyli geridə qalır.

 

Fransanın müasir təhsil sistemi sonuncu 200 ildə təşəkkül tapmış və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilmişdir. Onun başlıca xüsusiyyəti dövlət təhsil müəssisələrinə sahib olmasıdır. Fransada təhsil almaq xaricilər də daxil olmaqla, hamı üçün pulsuzdur.(Düzdür, universitetlərdə tələbələrdən nominal ödəmə alınır). Daha bir xüsusiyyəti isə təhsilin əyalətlərdə də paytaxtda olduğu kimi keyfiyyətli olmasıdır.


Copyright © POLAR EAST 2012 All Rights Reserved