1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

AZƏRBAYCAN
XƏBƏRLƏR
FOTO & VIDEO
VALYUTA MƏZƏNNƏLƏRİ
  • 1 USD1.5100 AZN
  • 1 EUR1.7220 AZN
HAVA MƏLUMATI
  • Bakı C
  • İstanbul C
  • İzmir C
  • Antalya C
  • Bodrum C
Xorvatiya

Xorvatiya  - Avropada dövlət. Rəsmi adı - Xorvatiya Respublikası . Paytaxtı Zaqreb şəhəridir. Xorvatiya şimalda Sloveniya və Macarıstan, şimal-şərqdə Serbiya, şərqdə Bosniya və Hersoqovina, cənub-şərqdə Çernoqoriya ilə həmsərhəddir. Ölkənin cənubu Adriatik dənizinin sahilində yerləşir. 2007-ci ilin 17 oktyabrında qəbul olunmuş qərara əsasən Xorvatiya 2008-2009-cu illərdə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq. Avropa İttifaqına üzvlüyə namizəddir.

 

Əhalisi təxminən 4 808 000 olan Xorvatiyanın sahəsi 56 538 km²-dir. Əhali sıxlığı 85 nəfər/km²2-dir. Ölkə əhalisinin 75%-ni xorvatlar, 12%-ni isə serblər təşkil edirlər. Xalqın təxminən 77%-i katolikdir. Əhalinin 51%-i şəhərlərdə yaşayır. Paytaxt Zaqrebdən sonra əsas şəhərləri Rijeka, Fiume, Zadar, Sibenik və Dubrovnikdir. Ən əhəmiyyətli ali təhsil müəssisəsi Zaqreb Universitetidir


Xorvatiyanın iqtisadiyyatı əkinçilik və sənayeyə söykənir. İqtisadiyyatı II Dünya müharibəsinin əvvəlinə qədər əkinçilik və maldarlığa əsaslansa da, müharibədən sonra sənaye sürətlə inkişaf etdi. Ölkənin müxtəlif yerlərində çıxarılan neft emal olunur. Zaqreb əhəmiyyətli sənaye mərkəzidir. Varazdin və Karlovakda toxuma, Petrinija və Koprivnicada qida, Sisakda dəmir-polad, Kutinada kimya sənayeləri inkişaf etmişdir. Gəmi nəqliyyatı və turizm əhəmiyyətli gəlir qaynaqlarındandır. 1991-ci ildən başlayan vətəndaş müharibəsi turizmə böyük zərbə vurmuşdur.


Copyright © POLAR EAST 2012 All Rights Reserved