1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

ÖLKƏLƏR
Adam & Eve

Nəqliyyat imkanı:
Hava limanına yaxınlıq –Yaxın (20-40 km)
Cənnətdə yer
Hər bir Adəm və Həvva üçün
Romantika və macəra vahəsi
Bir dəfə qərara almağa dəyər
Və siz heç vaxt onu tərk etmək istəməyəcəksiniz...


“Adam & Eve” oteli həyatın təntənəsidir. Buradakı hər an – yaddaşınızda isti xatirələr və yeni hislər fəvvarəsidir. “Adam & Eve” oteli cənnət bağının  seçilmiş sakinləri ilə yalnız otel deyil dünya möcüzəsi , həyat stilidir. “Adam & Eve” oteli  başdançıxaran dəbdəbədir. Sizdə güclü şəkildə onun sirrini öyrənmək hissi baş qaldıracaq. İndi bu cənnət heç vaxt olmadığı kimi yaxındır və heç kim sizin cənnətin bir parçası olmaq zövqünüzü əlinizdən ala bilməz , biz sizə cənnətin açarlarını veririk. Yalnız ən tələbkar qonağın özünə təqdim edəcəyi , hər anında rahatlığın və yeni imkanların olduğu elit istirahət üçün cəlbedici otel ərazisinə addım atmağa dəyər. Bizim otel kompleksimiz 100 min kv.metr kimi geniş bir ərazidə yerləşir. Burada siz heç vaxt sıxlığı hiss etməyəcəksiniz. Əksinə füsnkar işıqlarla işıqlandırılmış lonja və salonlar sizə sonsuz fəzada uçuş yüngüllüyü hissi bəxş edəcək.


“Adam & Eve” istənilən halda otel deyil.
Biz “Adam & Eve”ni otel adlandırmırıq və onun ulduz kateqoriyasını müəyyənləşdirmirik. “Adam & Eve”ni xarakerizə edə biləcək ulduzlar mövcud deyil , çünki biz yür kürəsində cənnət yaratmağı arzu edirdik və Aralıq dənizində yüksək dizaynlı otel yaratmaqla bu arzunu həyata keçirdik. Biz qonaqlarımıza həyatın tam təmiz və nöqsansız obrazını təklif etmək istəyirik. Biz çox işləmişik və nəticədə “Adam & Eve”ni yaratmışıq: Cəzbedici , kreativ və elit.
Biz ağ rəng , həmçinin şüşə və güzgüdən istifadə etmişik. Ağ rəng yer kürəsində cənnətə təmizlik verir, güzgü sizə  heç vaxt təklikdə qalmayacağınızı xatırladır, şüşə isə “cah-cəlala tamaşa etmək arzusu”nu əks etdirir. Yüksək səviyyədə istirahət.


“Adam & Eve” otelində ən yaxşı dizayn mükafatı almış xidmət səviyyəsi fərqlənir və özünəməxsus xüsusiyyətləri var.
Otel öz zərif müştərilərinin istəklərini maksimum yerinə yetirməkçün ən yüksək səviyyədə istirahət təklif edir.
“Ən-ən”lər üçün yer


“Adam & Eve” otelinin səviyyəsi “ən-ən”lərə layiqdir.
Sizi  qeyri-adi gözəlliyi və möhtəşəmliyi olan 10.000 kv.m ərazili ən böyük otel barı gözləyir.
Əlinizdə badə , əyləncələrin və işıq şüalarının arasında siz 96 m uzunluğunda Bluetooth bar piştaxtasının arxasında əyləşirsiniz.
Siz dünya standartlarından daha böyük olan 64 kv.metrlik nömrələrdə yaşayacaqsınız. Hər bir belə nömrədə fərdi SPA var. Bu ən böyük və standart nömrədir.
Siz bir az istirahət etmək və üzmək istəyirsinizsə iki olimpiya hovuzu uzunluğunda , ən uzun hovuz xidmətinizdədir

 

Apple Garden – Alma bağı
Apple Garden  5X5 ölçülü 4milyon 800 min güzgü ilə təchiz edilmiş 22 metr hündürlüyü və 175 metr uzunluğu olan böyük yerdir. Apple Gardenin daxilində Aralıq dənizinin ən zərif restoranları , Asiya və osmanlı mətbəxi , 3 bar , 10 maqazin , Bluetooth bar (96 m uzunluğunda) yerləşir. Axşamlar sizi dünyaca məşhur diceylərin rəngarəng təqdimatları və çıxışları gözləyir.

Copyright © POLAR EAST 2012 All Rights Reserved