1 2 3 4 5 6 7 8

Sizə Zəng Edək

E-poçtunuz: Telefon:
Adınız: Soyadınız:

Otel Axtarış

      Otel adına görə axtarış

POLAR EAST TÖVSİYƏ EDİRBütün Otellər »

ÖLKƏLƏR
Acapulco

Acapulco Resort & Convention & SPA otelinin iş prinsipi dünya standartlarına cavab verən beş ulduzlu oteldə yüksək səviyyədə qonaqların istirahətini təmin etməkdir. Otelin bir km uzaqlıqda yerləşən çimərliyi, böyüklər və ayrıca uşaqlar üçün hovuzlar, kondisionerli və dəniz mənzərəli otaqlar , dəniz sahilində bar , restoranlar , idman zalı , tennis , çimərlik voleybolu , qolf meydançaları, isti hovuz , qaynar hamamlar , SPA salon , iclas və konfransların keçirilməsi üçün zallar , yüksək sürətli internet, kazino və suvenir mağazası sizin ixtiyarınıza verilir.


Acapulco Resort & Convention & SPA oteli Ercan (20 dəqiqə) və Larnaka (60 dəqiqə) hava limanlarının yaxınlığında yerləşir. Bundan başqa Girne qəsrindən, batmış gəmilər muzeyindən, müqəddəs İllarion qalası və Karmi, Bellapays monastrlarına da bir neçə dəqiqəlik məsafədədir. Otel Akapulko Otello, Salamis, Ayya Napı, larnaka və Limassolo şəhərlərindən bir saatlıq uzaqlıqdadır.


Hovuzlar:
Akapulkoda açıq və qapalı hovuzlar var. Həmçinin otelin tərkibində 5000 m ² ərazisi olan akvapark da mövcuddur. Akvaparkda həm uşaqlar , həm də böyüklər üçün xüsusi hovuzlar var.


SPA:
İş həftəsinin sonunda təmiz dəniz havası ilə nəfəs almaq  və  SPA mərkəzə gəlməyin zövqünü yaşamaqla  özünüzü əzizləməkdən daha yaxşı nə ola bilər? SPA mərkəzdə sizə türk hamamında masaj , Şiyatsu Ayuverda , Tay masajı kimi ənənəvi xidmətlər göstərilir. Bal , yosun və şokoladla hidroterapiya... Üzün təmizlənməsi. Ayaqlar və əllər üçün SPA terapiya. Sevgililər üçün xüsusi paketlər. Sizi SPA mərkəzdə gözləyirik.


Restoran və barlar:
Yeyib-içmək istəyənlərin üzünə restoranların qapısı həmişə açıqdır. Restoran sizə həm Kipr , həm də dəniz mətbəxini təqdim etməyə hazırdır.


Mədəni istirahət:
Ölkənin gəzməli-görməli yerləri ilə tanışlıq üçün muzeylərə , məbədlərə , balaca şəhərciklərə və bu kimi yerlərə ekskursiyalar sizin xidmətinizdədir.


Kazino:
Bəxtinizi sınamaq istəyirsiniz? Xoş və isti atmosferi olan Akapulko kazinosu ixtiyarınızdadır.


Uşaqlar üçün əyləncə:
Akvaparka və uşaq hovuzlarına əlavə olaraq çimərliyin yaxınlığındaca yerləşən uşaq klubu və uşaq əyləncə meydançası balacaların ixtiyarına verilir. 

Copyright © POLAR EAST 2012 All Rights Reserved